Access2Success artıq regionlarda — AccessBank-dan Zaqatalada qadın sahibkarlara dəstək
(®) Azərbaycanda qadın sahibkarlığının inkişafına ardıcıl dəstək göstərən AccessBank, bu dəfə Access2Success layihəsinin ilk regional tədbirini Zaqatalada uğurla həyata keçirdi. Tədbirdə 15 yerli sahibkar xanım iştirak etdi.
Access2Success layihəsinin məqsədi — qadınların biznes bacarıqlarını inkişaf etdirmək, onların iqtisadi müstəqilliyini gücləndirmək və lider qadın modelinin formalaşmasına töhfə verməkdir.
Tədbir çərçivəsində AccessBank-ın mütəxəssisləri emosional zəka və maliyyə savadlılığı, sahibkarlığın hüquqi çərçivəsi və biznes mühitində yoxlamalar, rəqəmsal marketinq və şəxsi brendin qurulması kimi mövzularda iştirakçılara maarifləndirici sessiyalar təqdim etdilər. Təlim proqramını uğurla başa vuran iştirakçılara AccessBank tərəfindən Sertifikatlar təqdim olundu.
Bu təşəbbüs bir daha göstərdi ki, qadınlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəal və uğurlu şəkildə iştirak edir, onlara yönəlmiş davamlı və sistemli dəstək isə bu uğurların genişlənməsində mühüm rol oynayır.
Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildən start verilib. Layihə çərçivəsində qadın sahibkarlara strateji planlaşdırma, böhranların idarə olunması, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq sahələrində dərin biliklər aşılanır. Bank layihəni genişləndirməyi və digər regionlarda daha çox qadın sahibkara dəstək göstərməyi hədəfləyir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















