Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İngiltərə Bankının (BoE) cümə axşamı günü faiz dərəcəsinə dair qərarı ərəfəsində dollar funt sterlinq daxil olmaqla major valyutalar qarşısında ucuzlaşıb.
GBP/USD valyuta cütlüyü ötən gün 1.32800 səviyyəsinə qədər ucuzlaşsa da, bu gün artım tendensiyasını bərpa edib və 1.33740 səviyyəsinə qədər dəyər qazanıb. EUR/USD cütlüyü isə eyni müddət ərzində 1.15640 həddindən 1.16770 həddinə kimi bahalaşıb.
Keçən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Adriana Kugler bu vəzifəni planlaşdırıldığından bir neçə ay əvvəl – 8 avqust 2025-ci il tarixində tərk edəcəyini açıqlayıb. Onun səlahiyyət müddətinin 2026-cı ilin 31 yanvarına qədər davam etməli olduğu qeyd olunmuşdur. ABŞ prezidenti Donald Tramp bu qərarı “xoş sürpriz” adlandırıb.
Tramp Maliyyə naziri Skott Bessentin namizədliyini FED-in İdarə Heyətindəki vakant yer üçün nəzərdən keçirmir. Bununla belə, prezident “CNBC”-yə verdiyi müsahibədə yaxın vaxtlarda öz namizədini açıqlayacağını bildirib. Kuglerin istefası Trampa Fed-in rəhbəri Ceyrom Pauellin 2026-cı ilin mayında başa çatacaq səlahiyyət müddətindən sonra onun yerinə təyin edə biləcəyi şəxsi bu vəzifəyə gətirmək imkanı yaradır.
Bundan əlavə, avqustun 6-da Tramp Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumları tətbiq edib. Nəticədə ABŞ-ın əsas ticarət tərəfdaşından alınan ümumi rüsumlar 50%-ə çatıb. Prezident bildirib ki, qiymət artımının səbəbi Hindistanın hələ də Rusiyadan neft almasıdır. Bu, onun Rusiya ilə ticarət edən tərəfdaşları cəzalandıracağı ilə bağlı hədələrinin reallaşdığını göstərir – əgər Ukrayna ilə sülh sazişi əldə olunmasa.
Eyni zamanda, Tramp istehsalı ABŞ-a qaytaran “Apple Inc.” kimi şirkətlərin bu artırılmış rüsumlardan azad ediləcəyinə söz verib. Onun bu bəyanatı ticarət tərəfdaşları və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər arasında narahatlıq yaradıb.
“Apple Inc.” şirkətinin səhmləri isə ticarət sessiyasının sonunda 5.1% bahalaşıb. Şirkət ABŞ-da əlavə 100 milyard dollarlıq sərmayə yatıracağını öhdəsinə götürüb. Beləliklə, “Apple”ın dörd il ərzində ölkəyə ümumi sərmayələri 600 milyard dollara çatacaq. Xatırladaq ki, bu ilin əvvəlində Tramp, əgər “iPhone” modelləri ABŞ-dan kənarda istehsal olunarsa, onlara “ən azı 25%” gömrük rüsumu tətbiq edəcəyi ilə hədələmişdi.
“Walt Disney Co.” isə 2.7% dəyər itirib. Halbuki, dünyanın ən böyük əyləncə və media şirkəti olan “Disney”, maliyyə ili üzrə üçüncü rübdə xalis mənfəətini iki dəfə artıraraq analitiklərin proqnozlarını üstələyib.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Bankının (BoE) uçot dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Ekspertlərin proqnozlarına əsasan tənzimləyici qurum göstəricini 4.25%-dan 4.00%-a qədər azaldacaq. Həmçinin, Almaniyada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu, Avrozonada Avropa Mərkəzi Bankının (ECB) aylıq hesabatı və ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu






















.jpg)
