Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunmuş xam neft azalıb
2025-ci ilin ilk altı ay ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənmiş və yola salınmışdır.
Marja.az-a verilən məlumata görə, BTC vasitəsilə ixrac olunmuş xam neftin həcmi azalıb.
Belə ki, 2024-cü ilin abirinci yarısında BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənmiş və yola salınmışdı.
2025-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
Həmçinin oxu
Azəri-Çıraq-Günəşlidən neft hasilatı azalıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 30 d. əvvəl
-
36 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib























