Bakıda tələbələr üçün yataqxana yaradılıb - OTAQ QİYMƏTLƏRİ
Bakıda, "Koroğlu" mtero stansiyası yaxınlığında yerləşən Atletlər kəndində "Zeon Campus" adlı tələbələr üçün şəhərcik (yataqxana) yaradılıb.
Marja.az xəbər verir ki, "Zeon Campus" əsasən Bakıda yerləşən universitetlərdə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Həm yerli, həm də xarici tələbələr burada qalmaq üçün müraciət edə bilərlər. Burada tələbələrin ehtiyac və seçimlərinə uyğun olaraq tək və iki nəfərlik otaqlar mövcuddur. Hər otaq tam təchiz olunmuş şəkildə təqdim olunur və kondisioner, yüksək sürətli Wi-Fi və hamam ilə təmin olunur. Mətbəx kimi ümumi istifadədə olan sahələrdə isə soba, soyuducu, çaydan və digər avadanlıqlar mövcuddur.
"Zeon Campus"ın əsas məqsədi yalnız yataqxana təklif etmək deyil, eyni zamanda tələbələrin şəxsi və akademik inkişafını dəstəkləyəcək güclü bir icma yaratmaqdır. Bildirilir ki, burada rahat otaqlar, təhlükəsiz mühit və aktiv sosial həyat var. Üstəlik, Koroğlu metrosuna cəmi 5 dəqiqəlik məsafədə yerləşir.
"Zeon Campus" iddia edir ki, kirayə ev dərdi artıq keçmişdə qaldı. "Zeon Campus" ilə tələbə həyatı indi daha asandır.
QİYMƏTLƏR
İki nəfərlik Standart otağın aylıq qiyməti 150-250 manatdır. Evlər 3 və 4 otaqlıdır. Evdə tam təchiz olunmuş mebellər, Wi-Fi, kondisioner, mətbəx, paltaryuyan və ütü var. Mətbəx ümumidir və hər otaq sanitar qovşağı ilə təmin edilib.
Tək nəfərlik Standart otağın qiyməti isə 300-400 manat civarındadır. Bu otaqların yerləşdiyi evlər də 3 və 4 otaqlıdır. Evdə tam təchiz olunmuş mebellər, Wi-Fi, kondisioner, mətbəx, paltaryuyan və ütü var. Mətbəx ümumidir və hər otaq sanitar qovşağı ilə təmin edilib.
Qiymətlərə elektrik, su, internet, təmizlik və digər kommunal ödənişlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















