Azərbaycanın makroiqtisadi proqnozları yenilənib
Maliyyə Nazirliyi 2025-ci il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər dərc edilib.
Qeyd edilib ki, son dövrlərdə geosiyasi gərginlik, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin yüksək olması, eyni zamanda yeni tarif qaydalarının tətbiqi qlobal iqtisadi artım gözləntilərinə təsir edən əsas faktorlar sırasındadır. Proqnozların müsbət istiqamətdə dəyişməsi ilkin elan edilmiş tarif səviyyələrinin sonrakı dövrdə nisbətən azalması, maliyyə şərtlərinin yumşalması və bir çox ölkələrdə büdcə xərclərinin genişlənməsi fonunda baş vermişdir. 2025-ci il üzrə qlobal iqtisadi artım proqnozları aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən yenidən nəzərdən keçirilmişdir. Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal iqtisadi artım tempini aprel ayı ilə müqayisədə 0,2 faiz bənd artıraraq 3,0 faiz səviyyəsində müəyyən etmişdir.
Dünya Bankı (DB) isə 2025-ci ilin iyun ayında qlobal iqtisadi artım üzrə əvvəlki proqnozunu 0,4 faiz bənd azaldaraq 2,3 faiz səviyyəsində qiymətləndirmişdir. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 66-69 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır (Cədvəl 1).
Yuxarıda qeyd olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata da təsirsiz ötüşməmişdir və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri etmişdir. Belə ki, 2025-ci ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənmişdir. Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.
2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makroiqtisadi proqnozlarda baza ssenari üzrə eyni səviyyədə saxlanılmışdır.
Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərmişdir. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 faizdən 4,6 faizə endirilmişdir.
Eyni zamanda, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu




















.jpg)
