"ADNOC bizim böyük qaz yataqlarımızdan birinin səhmdarı olub, SOCAR da BƏƏ-də neft layihələrindən birinin səhmdarı olub"
"Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür. Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
Azərbaycan Prezidenti deyib:
"Yeri gəlmişkən, bizim bərpaolunan enerji potensialımız aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub. Hazırda biz geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, bizim xarici siyasət gündəliyimizin böyük bir hissəsidir. Deyərdim ki, Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























