"Azərxalça" zərərdən xilas ola bilməyib - DAHA DA ARTIB
Dövlətə məxsus "Azərxalça" ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 746 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Azərxalça"nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 372 min manat və ya 21,3% artıb.
Marja.az xəbər verir ki, "Azərxalça"nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 339 min manat ikən, 2024-cü ildə 5 milyon 347 min manata yüksəlib (1 milyon 8 min manat və ya 23,2% artıb). Şirkət ötən il 194 min manat da sair gəlirlər, 537 min manat maliyyə gəlirləri də əldə edib (2023-cü ildə müvafiq olaraq 295 min manat və 588 min manat).
Ötən il "Azərxalça"nın cəmi xərcləri 1 milyon 127 min manat və ya 17,6% artaraq 8 milyon 196 min manat təşkil edib (2023-cü ildə 6 milyon 969 min manat təşkil etmişdi). Cəmi xərclərin artması sair əməliyyat xərclərinin 7 dəfəyə yaxın artması ilə əlaqədardır.
31 dekabr 2024-cü il tarixində "Azərxalça” ASC-də yığılmış zərər 24 milyon 231 min manata çatıb (2023-cü ilin sonunda 22 milyon 152 min manat). Şirkətdə yığılmış zərər dövlətə məxsus 15 milyon manatlıq nizamnamə kapitalıbdan çoxdur.
Qeyd edək ki, "Azərxalça” ASC 5 may 2016-cı il tarixində təsis edilmişdir. Şirkətin əsas fəaliyyətinə xalça və xalça məmulatlarının istehsalı və satışı, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər daxildir. "Azərxalça” ASC-nın nizamnamə kapitalı - Azərbaycan Respublikası Hökumətinə məxsus və hər birinin nominal dəyəri 1 AZN olan 15 milyon səhmdən ibarət olmaqla, cəmi 15 milyon manat təşkil edir. Şirkətin 31 dekabr 2024-cü il tarixinə strukturunda 647 nəfər işçisi olmuşdur. "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədovdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 d. əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 10 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat





















