100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq.
Marja.az Banka istinadən xəbər verir ki, bunu AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamənin imzalanması zamanı bildirib.
Bankın yaydığı məlumatda bildirilib ki, davamlı inkişafı və regional əməkdaşlığı sürətləndirmək istiqamətində mühüm addım olaraq Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan Respublikası tərəfdaşlıqlarını yüksəltmək üçün birgə bəyannamə imzalayıblar.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və AIIB-in II Region üzrə Baş İnvestisiya Direktoru Konstantin Limitovskiy, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və AIIB-in Prezidenti və Direktorlar Şurasının sədri Cin Liçunun iştirakı ilə keçirilən mərasimdə Strateji Əməkdaşlıq üzrə Birgə Bəyannaməni imzalayıblar.
Birgə Bəyannamə Azərbaycanın “2030-cu il üçün sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri” ilə, həmçinin AIIB-in “Sabahın İnfrastrukturunu” maliyyələşdirmək missiyası ilə üst-üstə düşür. Genişləndirilmiş əməkdaşlıq AIIB-in dövlət zəmanətli maliyyələşdirməsi üçün dinamik, çoxillik investisiya proqramının yaradılmasına yönəlib. Proqram üç əsas istiqaməti əhatə edəcək: dekarbonizasiyanı dəstəkləyən və milli iqlim hədəflərinə xidmət edən müasir, iqlimədavamlı infrastrukturun maliyyələşdirilməsi; Azərbaycanın beynəlxalq ticarət və logistika dəhlizi rolunu möhkəmləndirmək üçün yeni nəslin nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun inkişafı; və innovativ maliyyə modelləri yaratmaqla, eləcə də dövlət-özəl tərəfdaşlıqlar üçün əlverişli mühit formalaşdırmaqla özəl sektor investisiyalarını stimullaşdırmaq. Ümumi əsas məqsəd isə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və qlobal iqlim hədəflərinə töhfə verməkdir", - məlumatda deyilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib:
“Biz Azərbaycan və AIIB arasında mövcud münasibətlərin səviyyəsindən və uğurlu əməkdaşlıqdan məmnunuq. Dəmir yolu, avtomobil yolları, limanlar, metro, su idarəçiliyi və kanalizasiya, bərpa olunan enerji, rəqəmsallaşma və digər sahələrdə daha çox əməkdaşlıq imkanları görürük. Bu Birgə Bəyannamə əməkdaşlığımızı yeni mərhələyə daşımaq üçün yaxşı bir mexanizmdir. Biz bu gücləndirilmiş tərəfdaşlığı alqışlayırıq.”
AIIB-in Prezidenti və Direktorlar Şurasının sədri Cin Liçu isə belə deyib:
“Azərbaycan, AIIB-in təsisçi üzvü olaraq, başlanğıcdan etibarlı tərəfdaş olub. AIIB ölkənin inkişafına daha çox dəstək verməyə sadiqdir və onun əhəmiyyətli artım potensialına inanır. Birgə Bəyannamə, qarşılıqlı niyyətimizi əks etdirərək, uzunmüddətli investisiya proqramı vasitəsilə əlaqələndirilmiş gələcək qurmaq məqsədini daşıyır. AIIB Azərbaycanın milli prioritetlərini dəstəkləmək və dayanıqlı inkişaf və ortaq rifaha xidmət edən infrastrukturun inkişafını irəlilətmək üçün Azərbaycanla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.”
AIIB 2016-cı ildə fəaliyyətə başlayıb. Hazırda onun 110 təsdiq edilmiş üzvü və 100 milyard ABŞ dolları məbləğində nizamnamə kapitalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























