Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib
Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.
İclasdan əvvəl Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı Səfirliyini ziyarət edib, Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib və ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfərin ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi olduğu qeyd olunub.
Nazir çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm, işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib, həmçinin Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb: “Azərbaycan üçün bu dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika, ticarət, enerji tranziti və sənaye sahələrində əməkdaşlıq baxımından yeni imkanlar açır.”
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən və gündəliyi olduqca geniş olan XI iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.
Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi qiymətləndirilib.
P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir.
İclas başa çatdıqdan sonra S. Babayev və P. Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. və PANNONPHARMA arasında Anlaşma Memorandumu” hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.
Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il tarixində Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq yaradılıb və Birgə Komissiyanın bundan əvvəl 10 iclası keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
1 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
2 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
2 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
2 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
2 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


























