Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur
Azərbaycanda Çinin BYD şirkətinin 2 rəsmi nümayəndəsi (rəsmi diler) mövcuddur.
Marja.az xəbər verir ki, Çinin nəqliyyat vasitələri istehsalçısını Azərbaycanda rəsmi olaraq "Group Motors" şirkəti və "SARDA Group"a daxil olan “EV SARDA” şirkəti təmsil edirlər.
"Group Motors" bu illər ərzində Toyota Abşeron və Ford dilerliyi ilə yanaşı Subaru, Mazda, Mitsubishi və Honda markalarının da rəsmi distribütoru kimi ölkə bazarında güclü mövqeyə sahibdir. Azərbaycanda satışa çıxarılacaq BYD modelləri 6 il və ya 150 000 km rəsmi zəmanətlə təqdim ediləcək. Bundan əlavə, 1 sentyabra qədər avtomobillərini fərdi qaydada Çindən gətirən müştərilər də ödənişli zəmanət paketi əldə edə biləcəklər. Bu addım bazarda bütün BYD sahibləri üçün vahid xidmət keyfiyyətini təmin etməyi hədəfləyir. Yeni BYD salonu hazırda Sumqayıt şossesi 6-cı km ünvanında təmir edilir. Açılışın oktyabr ayının son həftəsində keçirilməsi planlaşdırılır.
İş adamı Rauf Xəlilovun rəhbərlik etdiyi “SARDA Group” uzun illərdir ki, ölkəmizdə və regionda bir sıra sektorlarda uğurla fəaliyyət göstərir. Şirkətin satış mərkəzi "BYD Center Baku" Babək pr, 49 ünvanında yerləşdəcəkdir.
“SARDA Group” şirkətinin avtomobil və nəqliyyat sektoruna marağı sərnişin maşınları ilə məhdudlaşmır. SARDA Group ötən ildən Azərbaycana müasir avtobusların idxalına başlayıb. Daha önəmli addım isə bu ildən atılacaq – "EV SARDA" Azərbaycanda 12 metrlik K9UD, 8.7 metrlik B87C01A, 10 metrlik B10C01A və 10 metrlik B10C04 modellərini istehsal edəcək. Bütün bu modellər elektrik mühərrikli avtobuslardır. Bu təşəbbüs ölkədə ictimai nəqliyyatın modernləşdirilməsi və daxili istehsalın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























