“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb
“SİMA İmza” mobil tətbiqinin yüklənilmə sayı cari ilin ilk səkkiz ayında 2 milyona yaxın artaraq 5 milyonu ötüb.
Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə “SİMA İmza”dan gündəlik istifadə edilir. Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmiş qurumların sayı isə 90-a yaxındır.
Təkcə, “mygov ID” üzərindən 200-dən çox hökumət portalına “SİMA İmza” vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlara elektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildə yararlanmaq imkanı yaradır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir. “SİMA İmza”nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər “SİMA İmza” tətbiqində “6AYPULSUZ” promokodu ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədən istifadə edə bilərlər.
Ətraflı məlumat üçün:
157
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















