Ən yuxarı (mobil)-2_30

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

Bazar ertəsi qızıl qiymətləri artaraq rekord yeniləyiblər. ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz dərəcəsi endirimindən sonra əlavə azalmaların gözlənilməsi qiymətli metallar bazarına dəstək verir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı vaxtı ilə saat 10:44-də Comex birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1,23% artaraq bir unsiya üçün 3753,4 ABŞ dollarına çatıb. Qızılın qiyməti 1 faizdən çox artıb. 

Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin yumşaldılması fonunda qızıla tələbin artması davam edir.

FED sentyabr iclasında 2024-cü ilin Dekabr ayından bəri ilk dəfə faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4–4,25%-ə endirib. 

Bakı vaxtı ilə saat 11:22-də qızılın unsiyası 1% bahalaşma ilə 3745,90 dollara ticarət olunub. 

Bu il qızıl 40 faiz bahalaşıb.

İnvestorlar bu həftə ABŞ-dan gələcək mühüm iqtisadi göstəriciləri, xüsusən də FED-in sevimli inflyasiya göstəricisi sayılan PCE qiymət indeksini izləyəcəklər.

FED-in qərarı və bazar gözləntiləri

Qızılın yeni rekord hədlərə qalxması FED-in ötən həftə 0,25 baza bəndi faiz endirməsindən sonra baş verib. Mərkəzi Bank qərarını əmək bazarında artan risklərlə əsaslandırıb və qarşıdakı aylarda əlavə endirimlərin ola biləcəyi barədə siqnal verib.

Bununla yanaşı, FED inflyasiya təzyiqlərinin, xüsusən də ticarət tariflərinin artımından qaynaqlana biləcək risklərin hələ də mövcud olduğunu qeyd edib. Lakin bazarlar bu il faizlərin ən azı daha 0,50 faiz bəndi azalacağına əmindir.

Aşağı faiz dərəcələri gəlir gətirməyən aktivlər – o cümlədən qızıl – üçün əlverişli hesab olunur, çünki belə şəraitdə qızıla alternativlərə sərmayə yatırmağın gəlirliliyi azalır. Faiz endirimindən sonra digər metal qiymətləri də artıb.

Bazar diqqəti bu həftə ABŞ-dan veriləcək əsas iqtisadi siqnallara yönəlib. Çıxış edəcək FED rəsmiləri arasında ən çox gözlənilən çıxış isə çərşənbə axşamı FED sədri Cerom Pauellə məxsusdur.

Cümə günü açıqlanacaq PCE qiymət indeksi (FED-in sevimli inflyasiya göstəricisi) avqustda inflyasiyanın hələ də “inadkar” qaldığını göstərəcəyi proqnozlaşdrılır. Əsas PCE inflyasiyasının FED-in illik 2%-lik hədəfini yenə üstələyəcəyi gözlənilir.

Bundan əlavə, həftə ərzində sentyabr ayı üzrə ilkin satınalma menecerləri indeksi (PMI) və ABŞ iqtisadiyyatının ikinci rüb üzrə yekun ÜDM göstəriciləri də açıqlanacaq.

İş elanları AzVak.az-da

22.09.2025 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar