Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
Nazirlər Kabineti 7 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında" qərarında dəyişiklik edib.
"Marja" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarətinin gücləndirilməsini təmin etmək, daxili bazara keyfiyyətsiz alkoqollu içkilərin və nəzarətsiz olaraq spirtin gətirilməsinin, habelə alkoqollu içkilərin qeyri-qanuni istehsalının qarşısını almaq məqsədilə bu məsələyə dair qəbul edilmiş normativ-hüquqi aktların icrası üçün təsirli tədbirlər həyata keçirmək həvalə edilib, görülmüş işlər barədə hər rüb Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.
Qərarda deyilir: 1. “Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli 71 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 279 (Cild I) 3-cü hissəsinə “Dövlət Gömrük Komitəsinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri əlavə edilsin.
Beləliklə, Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında Qərarın 3-cü bəndi aşağıdakı şəkildə olur:
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Ticarət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Vergilər Nazirliyinə tapşırılsın ki, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarətinin gücləndirilməsini təmin etmək, daxili bazara keyfiyyətsiz alkoqollu içkilərin və nəzarətsiz olaraq spirtin gətirilməsinin, habelə alkoqollu içkilərin qeyri-qanuni istehsalının qarşısını almaq məqsədilə bu məsələyə dair qəbul edilmiş normativ-hüquqi aktların icrası üçün təsirli tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə hər rüb Nazirlər Kabinetinə məlumat versinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















