“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
Bakıda və regionlarda fəaliyyət göstərən “Bergamo” MMC-yə məxsus “Eurolux” mağazalar şəbəkəsinin rəhbəri Günay Kərimova dələduzluqla üzləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətə maliyyə məsələlərində kömək edən 1979-cu il təvəllüdlü Emil Əhmədov şirkət rəhbərliyinin 289 min manat pulunu ələ keçirdiyinə görə ona cinayət işi açılıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsə sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Bildirilib ki, hadisədən əvvəl Günay Kərimova Nərimanov rayonunda yerləşən mənzilini 365 min manata satıb və daha böyük sahəli ev axtarmağa başlayıb. Bu müddətdə pulun bir hissəsini xərclərinə sərf edib və əlində qalan 289 min manatı dollar valyutasına çevirərək saxlamaq istəyib. G.Kərimova rəhbərlik etdiyi şirkətdə maliyyəçi olan Bəhruza həmin pulu 170 min dollara çevirirməsini istəyib. Bəhruz da öz növbəsində Emildən kömək istəyib, 289 min manatı dollara çevirməsi üçün ona verib. Lakin Emil aldığı pulu ələ keçirib və geri qaytarmayıb.
Barəsində cinayət işi açılan E.Əhmədov ifadəsində bildirib ki, bir müddət yubatdıqdan sonra ona verilən 170 min dollardan cəmi 60 minini qaytarıb. Daha sonra isə qarşı tərəfə ev və iki avtomobil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Kərimova ərizə verərək artıq ona dəymiş zərərin ödənildiyini bildirərək şikayətini geri götürüb.
Emilə 2 il sınaq müddəti ilə şərti cəza verilib və barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















