Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
2025-ci ilin yanvar-avqust ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% artaraq 1 milyard 393.8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9.26%-ni əhatə edib.
Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 76.7 milyon ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,45%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.8% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 17.1 milyard ABŞ dolları, idxalı isə 15.1 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























