Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib
Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq aqrar sığorta ödənişi həyata keçirilib.
Kəskin kontinental iqlim şəraitinə malik olan Naxçıvanda çoxsaylı iqlim riskləri mövcuddur. Dolu, fırtına, qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və sair hallar, təsərrüfatlara və əkin sahələrinə tez-tez zərər vurur.
Bütün bu risklər Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta tərəfindən qarşılanır. Fond hazırda 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvnadarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığopta edir.
Naxçıvanda Muxtar Respublikasında aqrar sığorta xidmətlərinin göstərilməsinə 2024-cü ilin dekabrından, Aqrar Sığorta Fondunun yerli filialının işə düşməsi ilə başlayıb. Qısa müddət ərzində bir sıra yerli fermerlər öz təsərrüfatlarını dövlət güzəşti ilə sığorta edib. Təsərrüfatlarda baş verən hadisələr isə Aqrar Sığorta Fondu tərəfindən qeydə alınıb və müstəqil aqrar sığorta ekspertləri tərəfindən araşdırılıb.
Nəticədə Aqrar Sığorta Fondu 2 təsərrüfata dəymiş zərərlər üzrə Naxçıvanda ilk sığorta ödənişini həyata keçirib. Şahbuz rayonu, Külüs kəndindən olan fermer Sabir Məmmədova arpa sahəsinə dolu yağması ilə üzləşdiyi zərərə görə, 800 manat, Babək rayonun Şıxmahmud kəndindən olan fermer Mətləb İmanova isə arpa sahəsini dolu vurmasına görə 2 473 manat ödəniş həyata keçirilib.
Bununla da il ərzində Azərbaycanda aqrar sığorta ödənişi edilmiş rayonların sayı 44-ə çatıb.
Fermerlərə ilk aqrar sığorta ödənişləri Şərur rayonunda təşkil edilən Aqrar Biznes Festivalında, Naxçıvan muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyevin iştirakı ilə təqdim edilib. Ödəniş almış fermerlər aqrar sığorta mexanizminin işindən və dövlətin bu sahədəki dəstəyindən olduqca razı qalıb, digər fermerləri də aqrar sığortadan faydalanmağa dəvət ediblər.
Xatırladaq ki, aqrar sığorta mexanizmində 50%-lik dövlət dəstəyi mövcuddur. Belə ki, sığorta haqqının yarısını fermerə dəstək üçün dövlət özü ödəyir, nəticədə fermerlər cüzi ödənişlə əkin sahələrini sığorta edə bilərlər.
Məsələn, Naxçıvan muxtar Respublikasında qüvvədə olan tariflərə əsasən, 1000 manatqı buğda və ya arpa məhsulunun sığortalanması 11-12 manata, 1000 manatlıq üzüm, qoz, ərik, şaftalı və kartofun sığortalanması 12-15 manata, alma, gilas, qarpız və pomidorun sığortalanması isə cəmi 18-20 manata başa gəlir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
- 9 d. əvvəl
- 19 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)









.jpg)






