Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir.
Bunu müsahibəsində ADB-nin vitse-prezidenti Barqav Dasqupta (Bhargav Dasgupta) bildirib.
O vurğulayıb ki, ADB Azərbaycanın kapital bazarlarının gücləndirilməsinə dəstək verməkdə maraqlıdır, çünki bu, uzunmüddətli maliyyənin səfərbər edilməsi və özəl investisiyaların cəlb edilməsində böyük əhəmiyyət kəsb edir.
"Yerli fond birjasında, xüsusən də milli valyutada istiqraz buraxılışı prioritetlərimizdən biridir. Daxili istiqraz bazarının inkişafı məsələsinə gəlincə, biz əməli addımlara fokuslanırıq. Hazırda biz yerli bazarda ADB istiqrazlarının buraxılması, özəl emitentlərlə tərəfdaşlıq və bazarın inkişafı üçün daha əlverişli mühitin yaradılması məqsədilə normativ-hüquqi bazanın gücləndirilməsi imkanlarını müzakirə edirik. Eyni zamanda biz dövlət müəssisələrinə və ya infrastruktur layihələrinə yönəlmiş "yaşıl istiqraz"ların pilot buraxılışı (ESG) mümkünlüyünü nəzərdən keçiririk. Belə bir addımın atılması özəl kapitalın cəlb edilməsinə töhfə verə bilər", - vitse-prezident qeyd edib.
Bankir qeyd edib ki, tənzimləmə nöqteyi-nəzərindən ADB yaşıl və davamlı maliyyələşdirmənin təşviqində - "yaşıl taksonomiya" və ESG standartlarının işlənib hazırlanması, özəl emitentlər üçün "yaşıl istiqraz"ların pilot buraxılışı və ya fintex və digər davamlı maliyyə həllərinin inkişafı üçün innovasiyalardan istifadə edilməsində Azərbaycana dəstək verməkdən məmnundur.
"Biz artıq Gürcüstanda və regionda belə bir yanaşmanın uğurlarının şahidi olmuşuq, ADB Qafqaz regionunda həm ABŞ dollarında, həm də milli valyutada davamlılıq göstəricilərinə bağlı ilk "yaşıl istiqrazları" buraxmağa kömək edib. Bu, tənzimləyicilər, yerli banklar və şirkətlərlə (həm özəl, həm də dövlət) sıx tərəfdaşlıq sayəsində mümkün olub. ADB bu təcrübə və ekspertizanı Azərbaycana gətirə bilər, eləcə də maraq göstərən əsas tərəflər arasında təcrübə mübadiləsinə dəstək verməyə hazırdır", – o əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















