Bazarlar “istefa şok"unu yaşayır
Fransa və Avropa bazarları, dünən yeni hökuməti qurmuş Baş nazir Sebastien Lecornu-nun istefa xəbərindən sonra sarsılıb.
Marja xəbər verir ki, Avropa birjaları da Fransadakı siyasi gərginliyin təsiri ilə mənfidədir. Avro ABŞ dollarına qarşı 0,7% dəyər itirib.
Baş nazirin ani istefasından sonrakı siyasi böhranı həll etmək üçün yeni seçkilərin qaçılmaz olduğu gözləntisi Fransa bazarlarının düşməsinə səbəb olub.
Ölkədə 10 illik dövlət istiqrazlarının gəliri 11 baza bəndi artaraq 3,61%-ə yüksəlib.
CAC 40 indeksi 2% düşüb, banklar ən çox zərər çəkən sektor olub: Societe Generale, Credit Agricole və BNP Paribas 5%-dən çox ucuzlaşıb.
Lecornu-nun istefası, uzun müddət davam edən və bir neçə baş nazirin devrilməsi ilə nəticələnən Fransa siyasi böhranı məzənnələrə təsir edir. Avro/Dollar məzənnəsi 0,7% düşərək 1.1660 səviyyələrinə geriləyib (avro ucuzlaşıb).
Məsələnin əsas səbəbi, xalq tərəfindən bəyənilməyən xərclərin azaldılması və vergi artımları ilə dolu büdcəni "parçalanmış" parlamentdən keçirmək cəhdləridir.
"LB Macro" şirkətinin qurucusu Luigi Buttiglione bildirib:
“İstefa qeyri-müəyyənliyi sürükləyir. İş dünyası daha çox etibar itkisi yaşamaq təhlükəsi ilə üz-üzədir və bu, bütün AB-də fəaliyyətlərə təsir göstərir.”
Qeyd edək ki, Fransa büdcə böhranı səbəbindən Moody’s, S&P və Fitch kimi beynəlxalq kredit reytinqi təşkilatları ölkənin kredit reytinqini azaldıb. Bloomberg strateqləri Fransa dövlət istiqrazlarının bundan sonra daha da ucuzlaşacağını və bunun siyasi böhranı aradan qaldırmaq üçün əlavə seçkilərin keçiriləcəyi ehtimalını artıracağını qeyd ediblər.
Avropa birjaları da Fransa siyasi hadisələrinin təsiri ilə düşüb:
Stoxx Europe 600: -0,4%
Almaniya DAX 40: -0,3%
Böyük Britaniya FTSE 100: -0,2%
İtaliya FTSE MIB 30: -0,6%
İspaniya IBEX 35: -0,4%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























