Ən yuxarı (mobil)_30

Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb

İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana səfəri çərçivəsində investisiya və ticarət əməkdaşlığına dair müzakirələr aparılıb, Azərbaycan-Oman işgüzar dəyirmi masası təşkil olunub.

Oman Sultanlığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Bankının baş icraçı direktoru Məhəmməd Al Habsi ilə görüşüb.

Reklam_3_11

Görüşdə Azərbaycan və Oman Sultanlığı arasında iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiya əlaqələrinin şaxələndirilməsi və bank-maliyyə sektorunda tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Maliyyə və investisiya əməkdaşlığının yeni mərhələyə keçidi, həmçinin Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılması bu istiqamətdə mühüm addım kimi dəyərləndirilib. 

Tərəflər müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edib, maliyyə institutları arasında birgə layihələrin və investisiya fondlarının formalaşdırılmasının regional iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri cənab Qais bin Məhəmməd Al Yousef ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, iş adamları arasında əməkdaşlıq platformalarının yaradılması istiqamətində təşəbbüslərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, müasir ticarət və sənaye zonalarının formalaşdırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiyaların təşviqi və elektron ticarətin inkişafı istiqamətində geniş əməkdaşlıq imkanları mövcuddur.

Görüşdə həmçinin, iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı ətrafında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin Oman Sultanlığına səfəri çərçivəsində Azərbaycan-Oman işgüzar dəyirmi masası keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Mohammed Al Yousef və digər aidiyyəti şəxslər, biznes nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın biznes və investisiya imkanları, Omanlı sərmayədarların bu imkanlardan yararlana biləcəyi əsas istiqamətləri nəzərə çatdırıb.  Qeyd olunub ki, yeni reallıqlar şəraitində mühüm nəqliyyat və logistika mərkəzinə çevrilən Azərbaycanın iqtisadi potensialı daha da artır və regional inteqrasiyanın güclənməsi üçün yeni imkanlar açılır.

Vurğulanıb ki, birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir. Görüşdə  “KOB Evləri” modeli üzrə təcrübə mübadiləsinin təşkilinin, yaşıl enerji keçidini sürətləndirən həllərin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub.

Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Mohammed Al Yousef Oman və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Bildirilib ki, enerji, investisiya, turizm, infrastruktur və yüksək texnologiyalar sahələrində tərəfdaşlığın dərinləşdirilməsi hər iki ölkənin dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. 

Tədbirdə investisiya əməkdaşlığının inkişafı üçün Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır. 

Azərbaycan-Oman işgüzar dəyirmi masasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Invest Oman” platformasının nümayəndəsi Juhaina Al Balushi ölkələrimizin biznes və investisiya mühiti haqqında təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Oman Ticarət və Sənaye Palatası (OCCI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  

Dəyirmi masa B2B görüşlərlə davam edib.

Azərbaycan-Oman
08.10.2025 18:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18