İstehsal sahəsi və haqqında geniş məlumat olmayan "VEST-LTD" mebellərin satışı üzrə iriməbləğli müqavilə imzaladı
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi istehsal sahəsi, faktiki ünvanı barədə məlumatlar ictimaiyyətə geniş məlum olmayan "VEST-LTD" QSC ilə müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, məbləği 17 milyon 128 min manat olan müqavilə mebel inventarlarının satınalınmasın nəzərdə tutur.
Açıq tender üzrə ehtimal olunan müqavilə qiyməti 17 milyon 863 min manat idi.
2050 manat nizamnamə kapitalı olan VEST-LTD" QSC-nin direktoru Şahin Verdəliyev, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan ev 51, m 46-dır.
Qeyd edək ki, “Vest-LTD” QSC hər il dövlət qurumlarının milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olur.
Bundan əvvəl, 2025-ci ildə "VEST-LTD" şirkəti Azərbaycan Respublikası Milli Arxiv İdarəsilə 780 min manatlıq, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 4 milyon 475 min manatlıq və 1 milyon 706 min manatlıq, Azərbaycan Dövlət İqtisad Universiteti ilə 1 milyon 229 min manatlıq müqavilə imzalayıb. “Vest-LTD” QSC cari mebel inventarlarından başqa digər malların satışı və təmir işləri fəaliyyətlərilə də məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















