Daha bir iri dövlət şirkəti istiqraz buraxılışına hazırlaşır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold" QSC və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən sonra "Azərbaycan Dəmir Yolları" QSC (ADY) də istiqraz buraxılışına hazırlaşır.
Marja.az-ın əldə etdiyi məlumata görə, buraxılışın 2025-ci il ərzində həyata keçirilməsi gözlənilir. Müvafiq tənzimləyici qurum tərəfindən rəsmi təsdiq olmadığı üçün emissiyanın həcmi və digər şərtləri hələ açıqlanmır.
Qeyd edək ki, ADY-nin xarici borcu ölkənin ümumi xarici dövlət borcunun əhəmiyyətli hissəsini təşkil edir. 2025-ci ilin iyulun 1-nə olan rəqəmlərə əsasən, Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları olub və bunun 748,3 milyon dolları – təxminən 14,9%-i ADY-yə aiddir. Maraqlıdır ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb.
İqtisadçıların fikrincə, ADY-nin istiqraz buraxılışı dəmir yolu sektorunda maliyyə resurslarının diversifikasiyası və infrastruktura investisiyaların artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Buraxılışın həcmi və şərtləri barədə rəsmi açıqlama verildikdə, investorlar üçün daha bir imkan yaranacaq.
Dövlət şirkətlərinin istiqraz buraxılışları - ölkədə kapital bazarlarının inkişafı və dövlət müəssisələrinin maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətlərində faydalıdır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən Marja.az-a bildirildi: "Sorğunuz ilə əlaqədar olaraq bildiririk ki, mümkün ən qısa müddətdə ADY-nin istiqraz buraxılışına hazırlaşdığı barədə iddiaya münasibət bildirəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























