Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır. Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlayıb".

Bunu müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Reklam_3_11

"Son bir neçə ildə Avropa İttifaqının keçmiş vitse-prezidenti Cozep Borellin və digər rəsmilərin ölkəmizə qarşı açıqlamalarının, eləcə də Avropa Parlamenti və digər təsisatların qərəzli yanaşmalarının münasibətlərə mənfi təsir etdiyi məlumdur. Buna baxmayaraq, son seçkilərdən sonra Avropa İttifaqı rəhbərliyinin ölkəmizə qarşı yanaşmasında ciddi müsbət irəliləyişlər mövcuddur. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər münasibətlərin nizama salınmasına xidmət edir.

Cari ilin 25 aprel tarixində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Kaya Kallas Bakıya səfər edib və yüksək səviyyəli görüşlər keçirib", - XİN sözçüsü bildirib.

Ayxan Hacızadə xatırladıb ki, 16 may tarixində Tiranada təşkil edilmiş Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib: "Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen ilə görüşü baş tutub. Eyni tərkibli növbəti görüş isə 2 oktyabr tarixində Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı zamanı keçirilib.

Azərbaycan Avropa Siyasi Birliyinin tədbirlərində yaxından iştirak edir. Bununla yanaşı, razılaşmaya əsasən, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısı 2028-ci ildə Azərbaycanda təşkil ediləcək".

Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur: "Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir. Bu Azərbaycanla Aİ arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın əsas istiqamətlərini əhatə edir.

Hazırda yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur.

22 may tarixində Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqunun növbəti - 6-cı iclası keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında Enerji Dialoqunun 3-cü görüşü 13 iyun 2025-ci il tarixində Brüsseldə təşkil edilib. Bununla yanaşı, cari ilin 9 oktyabr tarixində Brüsseldə 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib.

Azərbaycan Avropa İttifaqı münasibətlərinin perspektiv istiqamətlərindən birini Avropa İttifaqı ölkələri ilə strateji formatda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi təşkil edir. Hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

07.11.2025 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18