5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 14-ü mənfəət vergisi ödəyib.
Bunlardan 5-də sözügedən məbləğ 10 milyon manatdan çoxdur. Həmin banklar, “Kapital Bank” (61,2 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 53,7 milyon manat), “PAŞA Bank” (39,5 milyon manat), “Xalq Bank” (13,8 milyon manat) və “Bank Respublika”dır (11,5 milyon manat).
Qalan 9 bankın isə mənfəət vergisi ödəmələri 1-10 milyon manat arasında olub.
Mənfəət vergisi ödəmiş 14 bankdan 9-da bu göstərici artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (2,4 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (2,5%) qeydə alınıb.
4 bankın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (49,8%), ən az azalma isə ABB-də (1%) qeydə alınıb.
“Yelo Bank” bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə vergi ödəmədiyi üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
25 d. əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
32 d. əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
2 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı

















.jpg)


.jpg)

