Azercell beynəlxalq “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb
Lider mobil operator CIPS Korporativ Etika Reyestrinə daxil olan ilk Azərbaycan şirkəti oldu(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Satınalma və Təchizat üzrə Britaniya Kral Assosiasiyası” (CIPS – The Chartered Institute of Procurement & Supply) tərəfindən təqdim olunan Etik Satınalma və Təchizat üzrə Korporativ Sertifikat ilə təltif olunub. Dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində Azercell Azərbaycanın yeganə təmsilçisidir.
Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan “Etik Satınalma və Təchizat” proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.
Bu nailiyyət Azercell-in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







