Çin qızıl ehtiyatlarını fasiləsiz 13 aydır artırır
Çin Mərkəzi Bankının (Çin Xalq Bankı) bazar günü açıqladığı məlumatlara görə, ölkənin qızıl ehtiyatları ardıcıl olaraq 13-cü ayda da artıb.
Çin Xalq Bankı (PBOC) bazar günü qızıl ehtiyatlarına dair məlumatları yayımlayıb.
Məlumata görə, PBOC-nin qızıl ehtiyatları ötən ay 30 min unsiya artaraq ümumilikdə təxminən 74,12 milyon unsiyaya çatıb. Mövcud alış dövrü 2024-cü ilin noyabrında başlamışdır.
Qızılın qiyməti oktyabr ayında gördüyü rekord səviyyədən geri çəkilsə də, yenidən unsiyası 4 min dollar həddinin üzərinə qalxaraq toparlanıb (4200 dollara çatıb) və 1979-cu ildən bəri ən yaxşı ilini keçirməyə doğru irəliləyir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) 9–10 dekabr iclasında faiz endirəcəyinə dair artan gözləntilər qızılı dəstəkləyir. Eyni zamanda bazar, növbəti Fed sədrinin pul siyasətinə daha “güvercin” yanaşma sərgiləyəcəyini proqnozlaşdırır.
Dünya Qızıl Şurasına görə, ilin ortalarında yavaşıyan qlobal mərkəzi bankların qızıl alışı oktyabr ayında yenidən sürətlənib.
Qlobal qızıl bazarında daha böyük maliyyə təsiri və nüfuz qazanmaq istəyən PBOC, xarici mərkəzi banklara öz qızıl ehtiyatlarını Çində saxlama təklifi də irəli sürür. İndiyədək Kamboca da daxil olmaqla bir neçə ölkə bu təklifi qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





