Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır

Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Azər Əmiraslanov bildirib ki, yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün, 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində dəyişiklərin edilməsi təklif olunur:

"Büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır. Bu dəyişiklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Ərzaq və qida təhlükəsizliyi çərçivəsində, heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq”.

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə görə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri  38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat, büdcə kəsiri 3 milyard 94 milyon 600 min manat məbləğində təklif edilirdi. 

İş elanları AzVak.az-da

© APA

Büdcə2026 deyişiklik müdafiəxərcləriartırılır AzərƏmiraslanov MilliMəclis İqtisadisiyasət SənayeSahibkarlıqKomitəsi əlavəmaliyyəehtiyacı dövlətbüdcəsi gəlirvəhərclər 47 8milyonmanat müdafiə millitéhlükəsizlik hüquqmühafizə ərzaqtəhlükəsizliyi heyvanpeyvəndləmə 3milyonmanat dövlətorqanları madditəminat 1 2milyonmanat ümumixərc52milyonmanat ehtiyatlar
09.12.2025 11:21

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Minimum 300 manat olacaq
Minimum 300 manat olacaq
09.12.2025 11:42
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18