"Fitch": Qafqaz ölkələrində iqtisadi artım yüksəkdir, geosiyası risklər isə davam edir
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Qafqaz regionunda iqtisadi artımın yüksək olacağını, lakin geosiyasi və valyuta risklərinin davam edəcəyini açıqlayıb.
Bu barədə “Fitch Ratings”in açıqladığı hesabatda bildirilir. Agentliyin məlumatına görə, Gürcüstan və Ermənistan 2026-cı ildə təxminən 5%-lik iqtisadi artım tempini qoruyacaq. Gürcüstanda iri investisiya layihələri və xidmət sektorunun güclü performansı, Ermənistanda isə yumşaq fiskal siyasət artımı dəstəkləyən əsas faktorlar kimi göstərilir.
Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün əsas siyasi risklərdən biri kimi qiymətləndirilir. Fitch qeyd edir ki, Ermənistanın 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda sülh prosesinin yekunlaşması çətinləşə bilər.
Hesabatda vurğulanır ki, Qafqaz ölkələrində inflyasiya təzyiqlərinin yenidən artması səbəbindən monetar yumşalma üçün imkanlar məhdud qalır. Yüksək maliyyə dollarlaşması şəraitində mərkəzi banklar xarici volatillik və daxili siyasi risklər fonunda ehtiyatlı mövqe tutmağa üstünlük verirlər.
Fitch bildirir ki, region ölkələrinin dövlət borcu səviyyəsi Mərkəzi və Şərqi Avropa ölkələri (CEE) ilə müqayisədə aşağıdır, lakin xarici valyutada borcun yüksək payı valyuta risklərini artırır.
Agentliyin qiymətləndirməsinə əsasən, CEE-dən kənar ölkələr, o cümlədən Qafqaz dövlətləri son illərdə valyuta ehtiyatlarını artırıblar. Cari hesab kəsirləri əsasən birbaşa xarici investisiyalar və rəsmi maliyyələşmə hesabına örtülür.
Fitch CEE, o cümlədən Qafqaz dövlətləri üzrə əsas risk faktorlarını Ukrayna müharibəsinin davam etməsi, ABŞ-ın gömrük tarifləri ilə bağlı qeyri-müəyyən ticarət siyasəti, Rusiya tərəfindən artan hibrid təhdidlər, Azərbaycan–Ermənistan sülh prosesinin uzanması və Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayanması ilə əlaqələndirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir















