Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi "Aşağı Muğan kanalının yenidən qurulması I mərhələ üzrə" tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "EUROLİNE" QSC-dir.
Şirkətin təklifinin qiyməti 75 milyon 47 min manatdır.
Ehtimal olunan qiymət 133 milyon 944 min manat idi.
“Euroline" QSC-nin təsisçisinin Əfqan Məmmədov olduğu bildirilir. 2007-ci ildə "ƏFQAN" Firması adı ilə fəaliyyətə başlamış şirkətin hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndidir. 2200 manat nizamnamə kapitalı olan Şirkətin qanuni təmsilçisi (İdarə heyətinin sədri) Əbülfət Əhmədovdur.
“Euroline" şirkəti 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirmişdir. Həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa etmişdir. 2005-ci ildən etibarən fəaliyyət sahəmizi daha da genişləndirərək infrastruktur quruculuğu işləri ilə əlaqədar müxtəlif layihələr reallaşdırmışdır. Bu layihələr sırasına su anbarları, su və kanalizasiya şəbəkələri, ortaməktəb binaları, yaşayış evləri, sosial obyektlər və bir sıra dövlət əhəmiyyətli inzibati binaların tikintisi və təmiri daxildir. Bundan başqa, magistral yolların asfaltlanması ilə yanaşı şəhər ərazilərində mövcud olan istirahət parklarının yenidən qurulması işlərini də yerinə yetirmişdir. Şirkət tikinti məhsullarının, o cümlədən beton, tamet, dəmir konstruksiya, plastik, mebel və asfaltın istehsalı ilə də məşğul olur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















