Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu yenidən təsdiqlədi"Azercell Telekom" MMC müştəri xidmətləri sahəsində beynəlxalq standartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərək ISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəri məmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdim edilir.
Dəyərləndirmə zamanı Azercell-in müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmət keyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırma prosesi “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standart qurumlarını birləşdirən federasiyadır. Təşkilat idarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrin keyfiyyətini dəyərləndirən minlərlə standartı təsdiq edir.
Qeyd edək ki, Azercell ISO 10004:2018 standartı üzrə ilk sertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncü dəfə ISO 10004 sertifikatına layiq görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















