970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ev almaq istəyənlərin sayı hər il artsa da, seçim zamanı buraxılan səhvlər də az deyil. Əksər alıcılar diqqəti yalnız qiymətə və mənzilin kvadratına yönəldir. Halbuki mütəxəssislər bildirir ki, sonradan narazılıq yaradan əsas məqamlar mənzilin özü yox, onun yerləşdiyi yaşayış mühitidir.

Əmlak bazarı üzrə aparılan müşahidələr göstərir ki, sakinlərin ən çox şikayət etdiyi mövzular sırasına dar həyətlər, avtomobil sıxlığı, yaşıllığın azlığı, sosial obyektlərin uzaqlığı və qeyri-rahat ödəniş şərtləri daxildir. İlk baxışda görünməyən bu detallar, illər keçdikcə gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir.

Ekspertlər qeyd edir ki, müasir alıcı artıq “sadəcə ev” deyil, planlı yaşam mühiti axtarır. Buraya uşaqlar üçün təhlükəsiz oyun sahələri, ailələr üçün istirahət zonaları, piyada rahatlığı və məktəbə yaxınlıq daxildir. Maraqlıdır ki, bu meyarlar əvvəllər premium seqmentə aid edilirdisə, indi orta büdcəli alıcılar üçün də əsas tələbə çevrilib.

Digər vacib məqam isə ödəniş mexanizmidir. Daha əvvəllər evlərin hissəli ödənişlə alınması zamanı bir çox sənədlər tələb olunurdu. İndi isə bəzi satıcılar artıq bu prosesləri çox sadə qaydada həyata keçirirlər ki, bu məsələn, tək şəxsiyyət vəsiqəsi və minimum əməkhaqqı ilə mümkündür.

Bazarın bu tələblərinə cavab verən layihələr artıq formalaşmağa başlayıb. Məsələn, Xırdalanda Bakı Mühəndislik Universitetinin yanında inşa olunan Blue City yaşayış kompleksi bir çox alıcının sonradan “kaş əvvəl biləydik” dediyi üstünlükləri bir yerdə təqdim edir. Geniş və açıq həyət konsepsiyası, məktəb və bağçanın kompleks daxilində planlaşdırılması, yaşıllıq zonalarının bolluğu və minimum əməkhaqqı ilə bank ipotekası və tək şəxsiyyət vəsiqəsi ilə daxili hissəli ödəniş imkanı bu layihəni klassik tikililərdən fərqləndirir.

Əmlak üzrə mütəxəssislər hesab edir ki, yaxın illərdə bazarda qalıcı olacaq layihələr məhz bu tip yanaşmanı seçənlər olacaq — yəni alıcıya sonradan problem yox, rahat həyat və uzunmüddətli məmnunluq verən yaşayış kompleksləri.

ev almaq alıcı seçim səhv qiymət mənzil kvadrat mütəxəssis yerləşmə yaşayış mühit əmlak bazar müşahidə şikayət dar həyət avtomobil sıxlıq yaşıllıq sosial obyekt uzaqlıq ödəniş şərt gündəlik həyat keyfiyyət planlı yaşam təhlükəsiz oyun sahə istirahət zona piyada rahatlıq məktəb premium seqment orta büdcə tələb mexanizm hissəli sənəd sadə şəxsiyyət vəsiqə əməkhaqqı proses layihə formalaşmaq Xırdalan Bakı Mühəndislik Universitet Blue City kompleks üstünlük geniş açıq konsepsiya bağça yaşıllıq bolluq bank ipoteka klassik tikili problem rahat həyat uzunmüddətli məmnunluq
16.12.2025 16:47

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18