Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakı limanında “mafiya filmi” ssenarisi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı limanında “mafiya filmi” ssenarisi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəbləri öyrənilib.

Əldə edilən məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.

Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.

Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev FiruzƏliyev də Zaur Haşımov və Fərrux Haqverdiyev də həbs edilib. İki nəfər isə axtarışa verilib.

Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.

İş elanları AzVak.az-da

© “Qafqazinfo”

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Bakı Hövsan limanı həbslər Rəşad Daşdəmirov həbs Fərid Usubov həbs general Cəbrayıl Usubovun oğlu gömrükdə qaçaqmalçılıq siqaret qaçaqmalçılığı Azərbaycan tütün mafiyası aksiz markasız siqaretlər Dövlət Gömrük Komitəsi əməliyyatı DGK istintaq işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Xəzər rayonu Türkan qəsəbəsi liman əməkdaşlarının qanunsuzluğu 5 milyon manatlıq qaçaqmal dəniz yolu ilə qaçaqmalçılıq gömrük nəzarətindən yayınma mütəşəkkil cinayət dəstəsi BƏƏ-dən gətirilən tütün məmulatları İran üzərindən qaçaqmal konteynerlərlə qaçaqmalçılıq gömrük və liman korrupsiyası DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi general-mayor Həsən Eyyubov təqaüd liman məntəqəsi əməkdaşları hüquq-mühafizə orqanları istintaqı prokurorluq araşdırması axtarışda olan şəxslər aktual kriminal xəbərlər Azərbaycan
17.12.2025 15:06

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18