“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
19 dekabr 2025-ci il tarixində “Naxtel” MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb.
Bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilib ki, layihə çərçivəsində İKTA, “Naxtel”, yeni abunəçiləri qəbul edən mobil operatorlar “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.
105 mindən çox “Naxtel” abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan “060” prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.
Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən “Naxtel” abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin olunub.
Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin operativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlı kommunikasiya təmin olunub.
Bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub.
Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə uğurla icra edilə biləcəyini nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















