Rusiya Dollardan imtina edir - PUTİNDƏN TAPŞIRIQ
Vladimir Putin, yarım il əvvəl təklif etdiyi, ancaq böyük şirkətlərin "isti" baxmadığı "limanlarda dollar əvəzinə Rubl istifadə edilməsi" təklifini təkrarlayıb və hökumətdən müvafiq qanunvericiliyi hazırlamasını istəyib. Kreml tərəfindən edilən açıqlamada gələn ildən etibarən qərarın tətbiq olunacağı bildirilib.
Rusiya Prezidenti Vladimir Putin, gələn ildən etibarən bütün limanlarda əsas pul vahidi olaraq Rus rublu istifadə edilməsinə dair qanunvericiliyin qəbul edilməsi tapşırığını verib.
"Marja" xəbər verir ki, bəyanat Kremlin veb saytından edilib.
Xarici pul vahidi öhdəliyi olan yükləmə boşaltma şirkətlərini qorumaq naminə, Rubla keçməmişdən əvvəl bir keçid prosesi də tətbiq ediləcək.
Rusiya limanlarındakı bir çox xidmət ABŞ dollarında aparılır.
Bu qərarın əcnəbiləri Rusiya pulu almağa məcbur edəcəyini və bunun da rubl üçün yaxşı olacağını bildirilib.
Vladimir Putin, liman tariflərində rubla keçidi ilk dəfə 1.5 il bundan əvvəl təklif etmiş, ancaq bu ideya Rublda baş verən dalğalanmalar səbəbindən gəlirlərini Dollar və digər xarici valyutalarda saxlamaq istəyən böyük nəqliyyat şirkətləri tərəfindən qəbul edilməmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 29 d. əvvəl
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















