Qızılın qiyməti tarixdə ilk dəfə 4500 dolları keçdi
Külçə qızıl rekord qıraraq ilk dəfə unsiyasının qiyməti 4500 dollar səviyyəsini keçdi.Dünya bazarında qızılın unsiyasının qiyməti çərşənbə günü bir daha rekord qıraraq ilk dəfə 4500 dollar səviyyəsini aşıb.
Marja xəbər verir ki, zəifləyən dollar, geosiyasi gərginliklər və ABŞ Mərkəzi Bankının faiz endirimi gözləntiləri yüksəlişi dəstəkləyib.
Qızıl bu il ard-arda bütün zamanların ən yüksək səviyyələrini görərkən, ilin əvvəlindən bu yana 70 faizdən çox dəyər qazanıb.
Külçə qızıl Bakı vaxtı ilə saat 08:40-da 4500,36 dollar səviyyəsindən ticarət olunub.
Platin də bütün zamanların ən yüksək səviyyəsinə yüksələrək unsiya üzrə 2300 dolların üzərinə qalxıb.
Mizuho Securities-in makro tədqiqatlar üzrə rəhbəri Vişnu Varatan bildirib: “Qızıl 4.500 dollar səviyyəsini açıq-aşkar keçib, gümüş 72 dollar səviyyəsini sınaqdan keçirir və platin 2400 dollara doğru irəliləyir. Bütün bu metallar dolların dəyər itirməsinə qarşı qorunma aləti kimi görülmələrindən faydalanır”.
LSEG məlumatlarına görə, dollar indeksi ilin əvvəlindən bu yana təxminən 10 faiz zəifləyib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























