Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda səhmdar cəmiyyətinin səhm paketi, 3 obyekt və 53 nəqliyyat vasitəsi satılıb.
Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib. Bunlardan 42-si onlayn qaydada həyata keçirilib.
Qeyd edilib ki, sifarişlərin çoxluğu hərraca çıxarılan əmlaklara marağı artırıb. Rəqabətli keçən hərracda Bakının Sabunçu rayonunda start qiyməti 400.000 manat olan obyekt 630.000 manata, paytaxtın Suraxanı rayonunda 140.000 manat olan emalatxana 260.000 manata, Gəncə şəhərində 75.000 manat olan avtodayanacaq isə 240.000 manata satılıb.
Hərracda “Ağdaş Quşçuluq” açıq səhmdar cəmiyyətinin 30,01 faizlik səhm paketi 101.662 manata satılıb.
Qeyd edək ki, bu hərrac nəticəsində dövlət büdcəsinə 1,5 milyon manatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulur.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərrac 6 yanvar 2026-cı il tarixində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 15 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















