GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Azərbaycan avtomobil bazarının aparıcı oyunçularından olan GROUPMOTORS Yeni il münasibətilə əməkdaşlarını xüsusi təşəbbüslə təltif edib. Şirkət ilin yekun nəticələrinə əsasən iki əməkdaşını “İlin Ən Yaxşı İşçisi” seçərək onlara Mazda MX-5 sportcar hədiyyə edib.
Yeni il ərəfəsində keçirilən qısa və səmimi tədbirdə bu mükafatlandırma komandada motivasiyanı gücləndirib, eyni zamanda şirkətin insan kapitalına verdiyi dəyəri bir daha ön plana çıxarıb. Tədbir çərçivəsində yalnız qaliblər deyil, GROUPMOTORS-un bütün əməkdaşları da bayram münasibətilə mükafatlandırılıb.
GROUPMOTORS hazırda Toyota, Mazda, Mitsubishi, Subaru, Ford, BYD və Honda avtomobil brendlərinin Azərbaycanda satış və servis fəaliyyətini həyata keçirərək minlərlə müştəriyə xidmət göstərir. Şirkət fəaliyyətində uzunmüddətli etibar, müştəri məmnuniyyəti və davamlı inkişaf prinsiplərini əsas tutur.
Şirkət rəhbərliyi bildirir ki, bu təşəbbüs yalnız bir mükafat deyil, əmək, nəticə və komanda ruhuna verilən real dəyərin göstəricisi kimi həyata keçirilib. GROUPMOTORS korporativ mədəniyyətində motivasiya və dəyərləndirməni əsas idarəetmə alətlərindən biri kimi tətbiq edib.
GROUPMOTORS-un missiyası isə sadə və aydındır: hər ailənin avtomobili olacaq. Bu missiya çərçivəsində şirkət daha əlçatan, etibarlı və uzunömürlü avtomobil həlləri təqdim edib, bazarda davamlı böyümə strategiyasını qoruyub.
Yeni ilə bu cür güclü komanda ruhu və motivasiya ilə daxil olan GROUPMOTORS qarşıdakı dövrdə də həm bazar, həm də insan yönümlü yanaşmasını davam etdirməyi hədəfləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















