Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir.

Bu barədə prezidentin səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodrigez bəyan edib. 

Reklam_3_11

O, həmçinin deyib:

- Venesuela xarici təhdidlərsiz, hörmət və beynəlxalq əməkdaşlıq mühitində yaşamağa çalışır.

-Venesuela ABŞ-la balanslı və hörmətli əməkdaşlığı doğru və prioritet hesab edir.

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ABŞ indi Venesuelaya nəzarət edir. 

Amerika prezidentinin bəyanatlından: 

- Tramp Venesuelanı "ölü ölkə" adlandırıb, ABŞ-ın onu bərpa etməli olduğunu vurğulayıb.

- Venesuelada seçkilər əlverişli vaxt gəldikdə keçiriləcək.

- Neft şirkətləri Venesuelada işləmək istəyirlər, onlar investisiyalarla məşğul olacaqlar.

Tramp bildirib ki, Venesuela Prezidentinin vəzifələrini icra edən  vitse-prezident Delsi Rodriges düzgün qərarlar qəbul etməsə, Madurodan daha ağır vəziyyətə düşə bilər. Tramp iddia edir ki, əgər Venesuelanın vitse-prezidenti ABŞ-ı qane etməsə, hərəkətləri “ona baha başa gələcək".

Xəbər verdiyimiz kimi, “Venesuellanın vitse-prezidenti Delsi Rodrigez, ABŞ tərəfindən Prezident Nikolas Maduro ələ keçirildikdən sonra ölkə Prezidentinin vəzifələrini yerinə yetirməlidir”.

Bu barədə Venesuela Ali Məhkəməsinin qərarında deyilir.

Venesuela Ali Məhkəməsi respublikanın vitse-prezidenti Delsi Rodrigesi dövlət başçısının səlahiyyətlərini icra edən şəxs təyin edib.

Rodrigez açıq şəkildə bildirib ki, Venesuela heç vaxt başqa bir ölkənin koloniyası olmayacaq və Venesuelanın yeganə qanuni prezidenti Nikolas Madurudur. Vitse-prezident həmçinin qeyd edib ki, ABŞ Venesuelaya qarşı saxta bəhanələrlə təcavüz aktı törədib.

Ölkə hakimiyyəti Nikolas Maduro və onun həyat yoldaşının dərhal azad edilməsini tələb edir və Venesuelanın xalqına məxsus təbii sərvətləri qoruyacaq.

ABŞ Venesuelaya və ölkənin lideri Prezident Nicolas Maduroya qarşı genişmiqyaslı əməliyyat həyata keçirib və Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkə xaricinə çıxarılıb.

Rodrigezin çıxışından əvvəl Donald Tramp bir çox bəyanatlarından birində Rodrigezin Vaşinqtonla hərəkətlərini koordinasiya etməyə və "hər şeyi lazım olduğu kimi etməyə" hazır olduğunu qeyd edib.

Sonra ABŞ dövlət katibi Marko Rubio The New York Times-a verdiyi şərhdə Venesuelanın vitse-prezidentinin təkzibedici bəyanatlarını qiymətləndirməkdən çəkinəcəyini, ABŞ-ın müvəqqəti hakimiyyəti yaxın günlərdə və həftələrdə onun hərəkətlərinə görə qiymətləndirəcəyini deyib və Rodrigezi ölkəyə xidmət etmək üçün "tarixi fürsətdən" istifadə etməyə çağırıb.

05.01.2026 08:39

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18