970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstiqraz investorlarına milyonlarla dollar borcu olan  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İstiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc alan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2023-cü ili 43 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 dəfə azalıb.

Marja.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 524 milyon 195 min manat ikən 2024-cü ildə 445 milyon 403 min manata düşüb (78 milyon 792 min manat və ya 17,7% azalıb).

Reklam_3_11

İş elanları AzVak.az-da

2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 18 milyon 426 min manat əməliyyat zərəri yaranıb, halbuki, 2023-cü ildə şirkətin 59 milyon 222 min manat əməliyyat mənfəəti formalaşmışdı. 

Gəmilərin, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir, maliyyə gəliri və birgə müəssisələrin nəticələrində pay hesabına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” xalis zərərdən yayınmağa müvəffəq olub. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 31 dekabr 2024-cü il tarixində 1 milyard 826 milyon 603 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 737 milyon 452 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin artması əsasən yeni "gəmilər, əmlak, tikili və avadanlıqlar", "Ticarət və digər debitor borcları" bəndləri üzrə artımlar ilə bağlıdır. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Yaradılması Haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Fəaliyyətinin Təşkili Haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Fərmanlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (“AXDGŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) Xəzər Dəniz Neft Donanmasının (“XDND”) birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (“Şirkət”) yaradılmışdır. İki şirkət iqtisadiyyatda köklü struktur islahatların davam etdirilməsi, yerli və beynəlxalq dəniz daşımaların artırılması, Azərbaycanın rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi, eləcə də dövlətə məxsus gəmiçilik şirkətlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsindən sinerjilərin əldə edilməsi məqsədilə birləşdirilmişdir.

Qrupun tərkibinə təxminən 7757 tam ştatlı işçisi olan (2023-cü il: 7809 nəfər) dəniz xidməti köməkçi və ticarət donanmaları, iki gəmi təmiri zavodu, logistika xidmətləri, dənizçilik üzrə təhsil, habelə təmir, tikinti, quraşdırma və layihələndirmə işləri göstərən istehsala dəstək müəssisələri daxildir. Azərbaycan Respublikasının Hökuməti Qrupun 100% mülkiyyətçisidir. Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən, onların iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (“AZCON” və ya “Holdinq”) publik hüquqi şəxs yaradılmışdır. Qrupun idarə edilməsi və ona nəzarət Holdinqə həvalə edilmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 2023-cü ildə 100 milyon dollarlıq, 2024-cü ildə isə 50 milyon dollarlıq müddəti 5 il olan istiqrazlar buraxmışdır, onlar ictimaiyyətə açıq olub və yerli fond birjalarında dövriyyəyə buraxılıb. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASCO maliyyə nəticələri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xalis mənfəət ASCO 2024 maliyyə hesabatı dövlət gəmiçilik şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəlirləri ASCO əməliyyat zərəri gəmiçilik sektorunda maliyyə azalma dəniz nəqliyyatı Azərbaycan dövlət şirkətlərinin maliyyə göstəriciləri ASCO istiqraz buraxılışı 100 milyon dollarlıq istiqraz 50 milyon dollarlıq istiqraz ASCO borclanma strategiyası fond birjasında istiqrazlar ASCO aktivləri gəmiçilik şirkətinin aktivləri gəmilər və avadanlıqlar investisiyası SOCAR Xəzər Donanması birləşməsi AXDGŞ yaradılması dəniz daşımaları Azərbaycan tranzit potensialının artırılması dövlət gəmiçilik islahatları AZCON holdinqi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi dövlət müəssisələrinin idarə olunması dəniz logistika xidmətləri gəmi təmiri zavodları dənizçilik təhsili Azərbaycan dövlət şirkətlərində səmərəlilik Marja.az iqtisadiyyat xəbərləri
06.01.2026 16:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18