“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
(®) Azercell “Kinon” tətbiqi çərçivəsində istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə yeni ödəniş üsulunu təqdim edib. Artıq abunəçilər “Kinon” xidmətinin ödənişini yalnız mobil balans vasitəsilə deyil, bank kartı ilə də həyata keçirə bilərlər.
Yeni funksiya istifadəçilərə daha çevik və rahat ödəniş imkanları yaradır. Bank kartı ilə ödəniş zamanı müştərilər öz banklarının təqdim etdiyi keşbek və bonus proqramlarından yararlanmaq imkanı əldə edirlər.
“Kinon” platformasında kart məlumatlarının qorunması beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə təmin olunur. Eyni zamanda, ödəniş prosesində “3D Secure” (3DS) autentifikasiyası tətbiq olunur ki, bu da əməliyyatların birbaşa kart sahibi tərəfindən təsdiqlənməsini təmin edərək icazəsiz ödənişlərin qarşısını alır.
Yeni funksiya sayəsində istifadəçilər cəmi bir neçə toxunuşla abunəliyi aktivləşdirə və ya yeniləyə, həmçinin mobil balans və bank kartı arasında seçim edərək ödəniş üsulunu öz istəklərinə uyğun müəyyən edə bilərlər.
Qeyd edək ki, “akart” rəqəmsal kartı ilə “Kinon” abunəliyinin ödənişi zamanı istifadəçilərə 10% keşbek təqdim olunur.
Xatırladaq ki, “Kinon” tətbiqini “Play Store” və “Apple Store” mağazalarından yükləmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















