Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Dövlət Statistika Komitəsi 2025-ci ildə sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artmışdır.
Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1 faiz, tütün məmulatlarının istehsalı 14,4 faiz, neft məhsullarının istehsalı 13,7 faiz, qida məhsullarının istehsalı 9,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 faiz, içkilərin istehsalı 0,5 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 3,1 faiz, tikinti materiallarının istehsalı 4,3 faiz, mebel istehsalı 8,6 faiz, geyim istehsalı 15,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 15,2 faiz, maşın və avadanlıqların istehsalı 16,3 faiz, hazır metal məmulatlarının istehsalı 17,0 faiz, elektrik avadanlıqlarının istehsalı 19,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, kağız və karton istehsalı 21,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























