Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək

2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Məşğulluq Agentliyində 2025-ci ildə görülmüş işlərə və bu ilki hədəflərə dair mətbuat konfransı keçirilib.

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.

Agentlik rəhbəri qeyd edib ki, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bundan başqa, ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib.

 “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinin uğurla davam etdirildiyini diqqətə çatdıran Hasil Abbasov bildirib ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan bu Layihə üzrə 2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub.Növbəti mərhələdə isə Layihə üzrə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək.

Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil edib, Bakı və bölgələrdə ümumilikdə 18 mindən çox vakansiyanın təqdim edildiyi 218 əmək yarmarkası keçirib, 343 min şəxsə düzügün peşə seçiminə dəstək məqsədli peşəyönümü xidmətlər göstərib. “PeşəFest” tədbirlərinin davam etdirildiyi ötən ildə Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti də keçirilib.   

Əməkhaqqının birgə maliyyələşməsi proqramının icrası, məşğulluq xidmətlərin rəqəmsallaşdırılması işlərinin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu diqqətə çatdırılıb.

Mətbuat konfransında Agentliyin ötən ilki beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub, qurumun keçən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildiyi, 13 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.

Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə hədəflərindən də bəhs olunub və media nümayəndələrinin sualları cavablandırılıb.

İş elanları AzVak.az-da

Dövlət Məşğulluq Agentliyi 2025-ci il mətbuat konfransı görülmüş işlər 2026-cı il hədəfləri 567 min şəxs aktiv məşğulluq tədbirləri Hasil Abbasov İdarə Heyətinin sədri 189 min şəxs işlə təmin olunub 16 8 min şəxs özünüməşğulluq proqramı kiçik ailə təsərrüfatları yeni zərflər kotançılıq qəssab avtodəmirçi zədələrin boyasız təmiri avtorazval xidməti özünəxidmət avtoyuma zərflərin təkmilləşdirilməsi klaster əsaslı özünüməşğulluq modeli
27.01.2026 16:59

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18