Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ildə ilk buraxılışı ötən ilin yekunlarına həsr olunub.

Marja xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Reklam_3_11

2025-ci ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (170,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma  (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard ABŞ dolları, Türkiyəyə 597,3 milyon ABŞ dolları, Gürcüstana 347,9 milyon ABŞ dolları,  İsveçrəyə 347,8 milyon ABŞ dolları, Ukraynaya isə 201 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin dekabr ayında Rusiya Federasiyasına 96,3 milyon ABŞ dolları, Türkiyəyə 51,2 milyon ABŞ dolları, Gürcüstana 41,4 milyon ABŞ dolları, İsveçrəyə 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Azərbaycan ixrac icmalı 2026 qeyri-neft sektoru ixracı Azərbaycan qeyri-neft ixrac artımı Azərbaycan ixrac statistikası yeyinti məhsulları ixracı şəkər ixracı meyvə-tərəvəz ixracı alüminium və məmulatlar ixracı pambıq iplik ixracı kimya sənayesi məhsulları ixracı bitki və heyvan mənşəli yağlar ixracı aqrar məhsullar ixracı aqrar-sənaye məhsulları ixracı aqrar və aqrar-sənaye ixracı qızıl ixracı pomidor ixracı karbamid ixracı dekabr ixrac statistikası xurma ixracı fındıq ixracı Rusiya ixracı Türkiyə ixracı Gürcüstan ixracı İsveçrə ixracı Ukrayna ixracı Azərbaycan qeyri-neft ixrac bazarları ixracın ölkələr üzrə bölgüsü İİTKM ixrac hesabatı
30.01.2026 11:04

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18