Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lizinq bazarının inkişafı üçün yeni qanun layihəsi hazırlayıb.

Bu barədə qurumdan bildirib.

Məlumata görə, Azərbaycanda lizinq bazarının inkişafı və maliyyələşmə imkanlarının artırılması istiqamətində institusional tədbirlər görülür. AMB-nin İdarə Heyətinin təsdiq etdiyi "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində bank sektorunda əlverişli və məsuliyyətli maliyyə xidmətlərinin genişləndirilməsi yolu ilə dayanıqlı inkişafın təmin edilməsi əsas hədəf kimi müəyyən edilib.

Bu istiqamətdə bank sektorunun bazar imkanlarının artırılması, bank olmayan kredit təşkilatlarının inkişaf etdirilməsi və onların iqtisadiyyatın maliyyələşdirilməsində rolunun yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, maliyyə sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin müasirləşdirilməsi nəzərdə tutulur.

AMB qeyd edib ki, bazarın genişləndirilməsi üzrə strateji təşəbbüslər sırasında lizinq (maliyyə icarəsi) əməliyyatları üçün maliyyələşdirmə imkanlarının artırılması xüsusi yer tutur. Bu məqsədlə lizinq fəaliyyətinin hüquqi və tənzimləyici çərçivəsinin formalaşdırılması üçün "Lizinq (maliyyə icarəsi) haqqında" qanun layihəsi hazırlanıb və sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Lizinq məhsulları kredit aləti kimi Mülki Məcəllənin və AMB-nin normativ aktlarında müəyyən edilmiş tələblərə cavab verməlidir. Həyata keçiriləcək islahatlar və yeni hüquqi baza lizinq bazarının canlanmasına, maliyyə əlçatanlığının genişlənməsinə və real sektorun investisiya imkanlarının artmasına şərait yaradacaq.

İş elanları AzVak.az-da

© "Report"

azərbaycan mərkəzibankı amb lizinq bazarininkişafı yeniqanun malyyəicarəsi 2024-2026strategiyası maliyyəsektoru banksektoru maliyyələşməimkanları bankolmayan kredittəşkilatları iqtisadiyyatınmaliyyələşdirilməsi nəzarət tənzimləmə islahatlar hüquqiçərçivə qanunlayihəsi mülkiməcəllə normativaktlar maliyyəəlçatanlığı investisiya real­sektor iqtisadiinkişaf
03.02.2026 13:13

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18