Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“”PAŞA Bank” kapitalının 5 faizini səhmlərin ilkin kütləvi təklifi – IPO formatında bazara təqdim edəcəkdir. Burada məsələ sadəcə səhmlərin listinqə çıxarılması deyil. Əsas məsələ ondan ibarətdir ki, bu fürsətdən siz də yararlana bilərsiniz”.

Marja xəbər verir ki, bunu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) dair tədbirdə Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Reklam_3_11

Murad Süleymanov, “İlk növbədə qeyd etmək istəyirəm ki, bu emissiya zərurətdən irəli gəlmir” deyərək çıxışına belə davam edib: 

“Bank yüksək kapitallaşmaya, güclü maliyyə mövqeyinə və davamlı maliyyə nəticələrinə malikdir. IPO qərarı investor bazasının genişləndirilməsi və şaxələndirilməsi istiqamətində düşünülmüş strateji addımdır. Məqsədimiz müxtəlif iqtisadi dövrlərdə dayanıqlığını sübut etmiş maliyyə institutuna uzunmüddətli tərəfdaşların cəlb edilməsidir.

Bu addım eyni zamanda kapital bazarlarının inkişafına töhfə vermək məsuliyyətinin bir hissəsidir. Bundan əlavə, "PAŞA Bank" ın institusional yetkinlik və korporativ idarəetmə baxımından növbəti mərhələyə keçmək niyyətini əks etdirir.

"PAŞA Bank" uzun illərdir fəaliyyətini konservativ risk idarəetməsi, intizamlı artım və sabit mənfəətlilik prinsipləri əsasında qurmuşdur. Kapitalın gəlirliliyi, aktivlərin keyfiyyəti və möhkəm kapital göstəriciləri bu qərarın reallaşdırılmasına imkan vermişdir. Volatillik dövrlərində tətbiq etdiyimiz ehtiyatlı investisiya siyasəti bankın dayanıqlı maliyyə strukturunu və bazar şoklarına qarşı dözümlülüyünü nümayiş etdirmişdir.

Bu gün Azərbaycan bank sektoruna nəzər saldıqda görürük ki, əvvəlki dövrlərlə müqayisədə struktur baxımından daha güclüdür. Sektor daha yüksək kapitallaşmaya, möhkəm tənzimləmə çərçivəsinə və yüksək şəffaflığa malikdir.

Məqsədimiz dəyişməzdir: davamlı gəlirlik, ölçülmüş artım və sabit dividend potensialı. Biz intizamlı və uzunmüddətli dəyər yaradan model təqdim edirik".

13.02.2026 11:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18