Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi cari ilin aprel ayından başlayaraq dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək.

Bu məqsədlə Maliyyə Nazirliyinin Kollegiya Qərarı ilə dövlət şirkətlərinin və publik hüquqi şəxslərin Nazirliyə təqdim edəcəkləri məlumat və hesabatların formaları təsdiq edilib. Dövlət şirkətləri və publik hüquqi şəxslər həmin formalar əsasında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə büdcə göstəricilərini, aylıq, rüblük maliyyə hesabatlarını və illik proqnoz məlumatlarını təqdim etməlidirlər.

Təqdim olunan sənədlərin monitorinqi zamanı dövlət müəssisələrinin büdcə parametrləri ilə icra vəziyyəti, ayrı-ayrılıqda fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə məlumatları, xərclərinin funksiya və xarakterinə görə göstəriciləri yoxlanılacaq. Eyni zamanda, beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl qiymətləndirmə alətləri vasitəsilə dövlət müəssisələri üzrə səmərəlilik göstəriciləri, aşkarlanmış fiskal risklərin digər müəssisələrə və dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və dövlət borcuna mümkün təsirləri təhlil olunacaq.

Maliyyə Nazirliyi həmin monitorinq və təhlillərin nəticələri barədə rübdə bir dəfə olmaqla dövlət başçısına hesabat verəcək.

Bununla da dövlət müəssisələrində mənfəətliliyinin artırılması, uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi resurslarından asılılığın azaldılması, habelə orta və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən olunması təmin ediləcək.

Sözügedən Kollegiya qərarının mətni və təsdiq edilmiş formaların “Excel” formatda elektron variantı Nazirliyin rəsmi internet səhifəsinə yerləşdirilib. Həmin hesabat formaları ilə aşağıdakı bu link vasitəsilə tanış ola bilərsiniz:

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi monitorinq səlahiyyəti dövlət şirkətlərinin büdcə nəzarəti publik hüquqi şəxslərin maliyyə hesabatları Prezidentin 570 nömrəli Fərmanı dövlət müəssisələrinin büdcə layihələri və proqnozları aylıq və rüblük maliyyə hesabatlarının təqdim edilməsi büdcə parametrlərinin icra vəziyyəti fiskal risklərin qiymətləndirilməsi beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmə alətləri dövlət maliyyəsinə təsirin təhlili dövlət büdcəsi və büdcədənkənar fondlar dövlət borcu üzrə risk analizi rüblük hesabatın dövlət başçısına təqdim edilməsi dövlət müəssisələrində mənfəətliliyin artırılması uçot və hesabatlılığın təkmilləşdirilməsi büdcə asılılığının azaldılması orta və uzunmüddətli fiskal dayanıqlılıq dövlət sektorunda maliyyə intizamı Azərbaycan dövlət müəssisələrinin idarəetməsi
24.02.2026 14:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18