Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
"Panasonic Corporation" Şimali Amerika və Avropadakı televiziya satış əməliyyatlarını aprel ayında Çinin "Skyworth Group" şirkətinə ötürməyə hazırlaşır. Həmçinin Panasonic qlobal miqyasda 12 min işçisi ilə yollarını ayıracağını açıqlayıb.Yaponiya şirkəti "Panasonic Corporation" yenidən strukturlaşma (restrukturizasiya) çərçivəsində televizor satış fəaliyyətini Şinin "Skyworth Group" şirkətinə ötürür. Yaponiya mətbuatında yayılan xəbərlərə görə, şirkət Şimali Amerika və Avropadakı TV satış əməliyyatlarını aprel ayından etibarən "Skyworth"a təhvil verəcək. Çinin "Skyworth" holdinq şirkəti televizor və digər audiovizual məhsulların dizaynı, istehsalı və satışı ilə məşğuldur. Şirkət həmçinin daşınmaz əmlak investisiyaları da həyata keçirir.
Təhvil prosesi ilə bağlı maliyyə şərtləri açıqlanmayıb.
Marja xəbər verir ki, "Panasonic"in Avropa və Şimali Amerikadakı satış əməliyyatlarını dayandırdıqdan sonra diqqətini Asiyanın digər ölkələrinə yönəltməsi planlaşdırılır. Şirkətin bu bazarlarda yerli tələblərə uyğun, daha çevik satış və marketinq strategiyaları hazırlamağı hədəflədiyi bildirilib.
Məlumatda "Panasonic" və "Skyworth" arasında gələcəkdə digər sahələr üzrə də yeni əməkdaşlıqların gündəmə gələ biləcəyi qeyd olunub.
Qlobal miqyasda 12 min nəfər işdən çıxarılacaq
Yeni restrukturizasiya prosesi yalnız əməliyyatların ötürülməsi ilə məhdudlaşmayacaq. "Panasonic"in dünya üzrə 12 min işçisini ixtisar edəcəyi bildirilib.
İxtisarların hansı ölkələri və hansı biznes sahələrini əhatə edəcəyi hələlik dəqiqləşməyib. Qərarın şirkətin qlobal miqyasda xərcləri azaltmaq və fəaliyyət səmərəliliyini artırmaq strategiyasının tərkib hissəsi olduğu qiymətləndirilir.
"Panasonic"in addımları qlobal elektronika sektorunda artan rəqabət və azalan mənfəət mühitində şirkətlərin restrukturizasiya meylini bir daha gündəmə gətirib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib























