"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarının gəlirləri qlobal bazarlarda təbii qaz və neft qiymətlərinin artması, həmçinin Qətər LNG-sinin Hörmüz boğazı vasitəsilə daşınmasında yaranan problemlər səbəbilə tələbin yüksəlməsi fonunda artacaq.
Marja.az xəbər verir ki, bu fikri T “İmplementa” konsaltinq şirkətinin tədqiqatlar üzrə direktoru Mariya Belova səsləndirib.
Belova bildirib ki, Rusiyanın LNG ixracatçılarının gəlirləri təkcə qaz və neft qiymətlərinin yüksəlməsi (Rusiyanın LNG ixracının əsas hissəsi neft qiymətlərinə indeksləşdirilib) hesabına deyil, həm də Hörmüzdə uzunmüddətli problemlər yaranacağı təqdirdə Rusiya həcmlərinə tələbin həm Şərqdə, həm də Avropa ölkələri tərəfindən artması səbəbilə yüksələcək.
Bundan əvvəl Qətərin dövlət neft-qaz şirkəti "QatarEnergy" İranın hava zərbələri ilə əlaqədar LNG və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Bunun fonunda Avropada qaz kotirovkaları 1000 kubmetr üçün 590 ABŞ dollarını ötüb.
Qətər ABŞ və Avstraliyadan sonra dünyada üçüncü ən böyük LNG ixracatçısıdır. Ölkənin LNG istehsal gücü illik 77 milyon ton təşkil edir. Qətər həmçinin LNG zavodlarının gücünü 142 milyon tona qədər artırmağı planlaşdırdığını açıqlayıb.
Rusiya 2025-ci ildə 32,9 milyon ton LNG istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 3,6% azdır. Bu həcmin 9,79 milyon tonu Çinə tədarük olunub (18,2% artım), 20,3 milyard kubmetr isə Avropaya göndərilib. Ölkədə hazırda iki iri LNG layihəsi fəaliyyət göstərir — Yamal LNG və Sakhalin-2. Digər layihə — “Arktik LNG-2” (birinci xətt) hələ rəsmi olaraq istismara verilməyib, lakin ondan Çinə ayrı-ayrı partiyaların ixracı barədə məlumat yayılıb. Bundan əlavə, Rusiyada Baltik dənizi hövzəsində iki orta tutumlu LNG zavodu — Gazprom LNG Portovaya və Kriogaz-Vysotsk fəaliyyət göstərir. Hər iki müəssisə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumları İran tərəfindən mövcud olan raket və nüvə təhdidləri ilə əsaslandırıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu da cavab əməliyyatı elan edib. İran tərəfindən raket və pilotsuz uçuş aparatlarının buraxıldığı, Təl-Əviv bölgəsində hava həyəcan siqnallarının səsləndiyi bildirilib. Mehr agentliyinin məlumatına görə, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına da zərbələr endirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























