“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
İki qızılı rəngli qapağı toplayanlar hədiyyə qazanacaqlar.(®) “Coca-Cola Azərbaycan” hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində xüsusi kampaniya təqdim edir.
“Novruz 2026” kampaniyası çərçivəsində istehlakçılar bayramın rənglərini əks etdirən “Coca-Cola” loqolu stəkan hədiyyə qazana biləcəklər.
Kampaniyada iştirak etmək çox sadədir:
2.5 litr həcmli “Coca-Cola Classic”, “Fanta Portağal” və “Sprite” məhsullarının üzərində “2 qapağa 1 stəkan hədiyyə” yazısı olan iki qızılı rəngli qapağı toplayaraq “Qapaq dəyişmə nöqtəsi”nə təhvil vermək kifayətdir. Hər iki qapağa bir ədəd stəkan təqdim olunur.
Uduşlu qapaqlar aşağıda qeyd olunan satış məntəqələrində dəyişdirilə bilər:
- Araz Supermarketlər şəbəkəsi
- Grandmart Supermarketlər şəbəkəsi
- Bazarstore Supermarketlər şəbəkəsi
- Tamstore Supermarketlər şəbəkəsi
- Rahat Supermarketlər şəbəkəsi
- Neptun Supermarketlər şəbəkəsi
- Gənclik Mall-da yerləşən “Coca-Cola” stendi
Şirkətin məsuliyyətli marketinq siyasətinə uyğun olaraq kampaniyada 14 yaş və yuxarı şəxslər iştirak edə bilərlər. Ətraflı məlumat üçün istehlakçı məlumat mərkəzinə müraciət edə bilərsiniz: 088 4441 (zənglər ödənişsizdir).
“Coca-Cola” Azərbaycan uzun illərdir ki, Novruz ənənələrinin yaşadılmasına dəstək göstərir. Şirkət “Nargis” Fondunun təşkil etdiyi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının, ADA Universitetinin “Bahar Youth” Festivalının tərəfdaşıdır və hər il Dənizkənarı Milli Parkda xüsusi bayram instalyasiyaları quraşdırır.
Xatırladaq ki, “Coca-Cola” bu gün 200-dən çox ölkədə istehlakçılara məhsul təqdim edən qlobal içki istehsalçısıdır. Şirkətin Azərbaycandakı fəaliyyəti 1994-cü ildə “Coca-Cola İçecek”in tərkibində “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Hazırda “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” markalarının istehsalı və satışı ilə məşğul olan “Coca-Cola Azərbaycan” 400-ə yaxın əməkdaş və təchizat zənciri vasitəsilə 5 000-dən çox iş yerini dəstəkləyir. Şirkət əlavə olaraq tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















