SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
SOCAR prezidenti Rövşən Nəcəf Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Qeyd edək ki, səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub.
Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkəti olan “PetroCI”nin rəhbər heyəti ilə görüşlərdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Görüşlərdə SOCAR tərəfindən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















