970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İran müharibəsi restoranlara da mənfi təsir göstərir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fast-food" nəhəngləri "McDonald's Corporation" və "Restaurant Brands International Inc" (RBI) mürəkkəb əməliyyat mühitində fəaliyyət göstərirlər, çünki İran müharibəsi qlobal tələbat və təchizat zəncirlərinə məfi təsir göstərməyə başlayır.

Marja xəbər verir ki, ABŞ-da yerləşən investisiya araşdırmaları və sərvət idarəçiliyi şirkəti "Bernstein"in (şirkət ciddi maliyyə analizləri və fərdiləşdirilmiş şəxsi sərvət xidmətləri ilə tanınır) yeni araşdırmasına görə, hər iki şirkətin rəhbərliyi bildirib ki, hazırda ABŞ təchizat zəncirinə birbaşa təsirlər məhduddur, lakin geniş makroiqtisadi təsirlər getdikcə daha çox görünür.

Reklam_3_11

Artan enerji və əmtəə xərclərinin franşiza sahiblərinin gəlir marjlarını "daraldacağı" gözlənilir. Martın əvvəlindən əldə edilən məlumatların isə istehlakçı xərclərində "soyumağa" işarə etdiyini göstərir. Qeyd edək ki, neft idxal edən ölkələrdə yanacaq bahalaşdığı üçün, qiymətlər də (inflyasiya) yüksəlir.

Aşağı gəlirli istehlakçılar və “benzin sıxıntısı”

Münaqişə artıq maliyyə çətinlikləri ilə üzləşmiş aşağı gəlirli istehlakçılara əlavə təzyiq göstərir. Analitiklər qeyd edirlər ki, bu demoqrafik qrup gəlirinin nisbətən böyük hissəsini yanacağa xərcləyir, yəni son benzinin qiymətinin artması qida üçün ayrılan xərclərə birbaşa təsir göstərir.

"McDonald’s" hedcinq proqramlarından istifadə edərək korporativ mağazalar və franşiz sahiblərini ani dəyişkənlikdən qoruyub. Lakin "Bernstein" xəbərdarlıq edir ki, əgər enerji qiymətləri 2026-cı ilin ikinci yarısına qədər yüksək qalarsa, hedclər bazar qiymətləri üzrə yenilənəcək. Bu halda franşiz sahiblərinin mənfəət yükü artır, mağaza təmir və rəqəmsal genişlənmə planları ləngiyə bilər.

Beynəlxalq təsir və əməliyyat çətinlikləri

Coğrafi-siyasi vəziyyət xüsusilə Asiyada ciddi narahatlıq yaradıb. Hər iki şirkət burada “nöqtəvi” təchizat zəncirlərindən və artan logistika xərclərindən şikayətlənir. "Restaurant Brands International"  ("Burger King", "Popeyes" və "Tim Hortons"un ana şirkəti) üçün əsas çətinlik, yerli operatorlar artan xərclərlə mübarizə apararkən davamlı dəyər mesajını qorumaqdır.

Mövcud təzyiqlərə baxmayaraq, analitiklər hər iki şəbəkənin uzunmüddətli inkişaf potensialına diqqət yetirirlər, lakin yaxın gələcək maliyyə hesabatlarında satışlar ilə bağlı “ehtiyatlı” bəyanat və məlumatların əks olunacağı xəbərdarlığını da edirlər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

fast-food nəhəngləri McDonald's Corporation Restaurant Brands International Inc RBI qlobal təchizat zəncirləri İran müharibəsi qida qiymətləri enerji xərcləri əmtəə xərcləri franşiza gəlir marjları istehlakçı xərcləri aşağı gəlirli istehlakçılar benzin qiymətləri McDonald's hedcinq proqramları korporativ mağazalar franşiz sahibləri mənfəət yükü mağaza təmir planları rəqəmsal genişlənmə Asiya təchizat çətinlikləri logistika xərcləri Burger King Popeyes Tim Hortons qlobal mağaza satışları beynəlxalq əməliyyat çətinlikləri qlobal qida bazarı
30.03.2026 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar